Shark Logistics Azerbaijan

Haqqımızda:

Dəyişən dünyanın dəyişən ehtiyacları logistika sahəsindən də yan keçmir. Əsrlərdən bəri qida təhlükəsizliyinin, təməl iqtisadi ehtiyacların təkanı ilə logistika və yükdaşıma sahəsi inkişafda olub. Biz də Shark Logistics komandası olaraq müasir standardlara və rəqabət strategiyasına uyğun olaraq dünya çapında tanınan şirkətlər və ölkəmizin müxtəlif bölgələrindən illərdir yükdaşıma öhdəliyini peşəkarlıqla həyata keçirməyə çalışırıq.

Biz kimik?

Shark Logistics 2014-cü ildən etibarən beynəlxalq yüklərin daşınması sahəsində öz sözünü demiş şirkətlərdən biridir. İllərdən bəri gələn təcrübəmiz ən kiçiyindən böyüyünə kimi yüklərin daşınmasının bütün mərhələlərində işin peşəkarlığına və təhlükəsizliyinə zəmanət verir.

Shark Logistics əməkdaşlıq göstərdiyi şirkətlərə yüksək keyfiyyətlə inteqrasiya olunmuş logistik həllər təşkil etməkdədir. 150-yə yaxın TIR modeli avtomobillərimizlə çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq etmiş və yüklərini təhlükəsiz ünvana çatdırmışıq. Əməkdaşlıq etdiyimiz şirkətlərə “PEPSICO”, “Bravo”, “Baku Electronics”, “ALFA-N Company”, “NH Group”, “Besting” və daha artıq nümunə göstərmək olar.

Şirkətimiz Amerika Birləşmiş Ştatları, Türkiyə, Çin, Avropa və Asiya qitəsinin digər ölkələrindən Azərbaycana və əks istiqamətdə bu ölkələrə daşınmalar təklif edir. Daşınmaların növləri isə geniş istiqamətli olmaqla-həm süd məhsullarının, həm elektronika məhsullarının həm də müxtəlif məişət əşyaları və s. ehtiva edir. Xüsusi GPS idarəetməsi ilə izlənən avtomobillərimiz minlərlə kilometr yol qət edir.

Yeniliklər